Abunə:
Email:
BAŞ SƏHİFƏ | SİYASƏT | XARİCİ SİYASƏT | Dağlıq Qarabağ prosesinə yeni nəfəs verilir?

Dağlıq Qarabağ prosesinə yeni nəfəs verilir?

Şrift ölçüsü: Decrease font Enlarge font

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsipinin qarışıq modelinin tətbiqini mümkün sayırıq”

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçidəki son görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinə yeni nəfəs verib. ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayev belə hesab edir.

“Region ölkələri kimi, bizim Dağlıq Qarabağ prosesinin yekunlaşma mərhələsinə yaxınlaşması üçün böyük imkanlarımız var, - Qazaxıstanın xarici işlər naziri və dövlət katibi Saudabayev Trend News-a deyib. - Biz, ATƏT sədrliyini növbəti ölkəyə təhvil verənədək münaqişənin həll ediləcəyini gözləyirik.Biz Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əvvəlki illərdə nail olunmuş irəliləyişlərə əsaslanaraq, bizdən asılı olan hər şeyi etməyə çalışırıq. ATƏT-in Minsk Qrupu böyük irəliləyişlərə nail olub”.

Saudabayev vurğulayıb ki, Qazaxıstan bu münaqişədə irəliləyişə nail olmaq üçün bütün unikal imkanlarından istifadə edəcək.Bu həftə Saudabayev Vaşinqtonda ABŞ rəhbərliyi ilə danışıqlar aparıb və Birləşmiş Ştatların Helsinki Komissiyasının dinləmələrində iştirak edib. O bildirib ki, yaxın həftələrdə Cənubi Qafqaz ölkələrinə səfər etməyi planlaşdırır.

ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində dövlətlərin ərazi bütövlüyü və xalqların milli müqəddəratını təyinetmə prinsipinin qarışıq modelinin tətbiqini mümkün sayır.

APA-nın “Armenia Today” saytına istinadən yaydığı məlumata görə, bu fikirləri Ermənistan İctimai Televiziyasına müsahibəsində ABŞ dövlət katibinin 1-ci müavini Ceyms Steynberq söyləyib. Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına böyük əhəmiyyət verdiyini deyən C. Steynberq bildirib ki, hazırkı danışıqlar formatı ən düzgün formatdır: “Minsk prosesi də effektlidir və bu yolu davam etdirmək daha düzgün olardı. ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi həll yolunun tapılması ilə bağlı üzərinə götürdüyü öhdəliyə sadiqdir”. Steynberq nizamlanma prosesinin başa çatmaqda olduğu barədə fikirləri bölüşmədiyini vurğulayıb: “Həllini gözləyən məsələlər çoxdur. Bu xüsusilə iki ölkə arasında etimad mühitinin formalaşdırılması və prosesin gələcək formatı ilə əlaqədardır. Vaşinqtonda hesab edirlər ki, münaqişə tərəfləri öz silahlanma proqramlarına və onların nəticələrinə diqqətlə yanaşmalıdır. Hər bir tərəfin müdafiə və təhlükəsizlik hüququ var, amma bunu təmin edən zaman digər tərəfin də təhlükəsizlik məsələsinə baxmaq lazımdır”.

Azərbaycan və Ermənistan “Madrid prinsipləri”nin razılaşdırılmamış bəndləri üzrə təkliflərini hələlik vasitəçilərə təqdim etməyib.Bu barədə APA-ya eksklüziv açıqlamasında ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov bildirib.

“Regiona səfər planlaşdırırsınızmı” sualının cavabında diplomat tərəflərin təqdim edəcəyi təklifləri gözlədiklərini deyib: “Əvvəlcə tərəflərin təkliflərini alaq, sonra səfər barədə düşünərik”.

Xatırladaq ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin yanvarın 25-də Soçidə keçirilən görüşündən sonra Y. Merzlyakov Bakı və İrəvanın iki həftə ərzində “Madrid prinsipləri”nin razılaşdırılmamış bəndləri üzrə öz təkliflərini təqdim etməli olduqlarını, bundan sonra regiona səfər edəcəklərini söyləyib.

RUHULLA
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az