Abunə:
Email:
BAŞ SƏHİFƏ | SİYASƏT | DAXİLİ SİYASƏT | "Referendum daxili işimizdir"

"Referendum daxili işimizdir"

Şrift ölçüsü: Decrease font Enlarge font
Prezident apratının ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov Prezident apratının ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov

Əli Həsənov Venessiya komissiyasına cavab verdi

Avropa Şurasının yerli və regional hakimiyyət konqresi bürosu Konstitusiyaya dəyişikliklərin edilməsi üzrə referendumun keçirilməsini dayandırmağa çağırmışdı. Səbəb olaraq isə dəyişikliyin bələdiyyələrin fəaliyyətini məhdudlaşdırmasını göstərmişdi.
Rəsmi Bakının buna cavabı kecikmədi. Prezident apratının ictimai siyasi şöbəsinin müdiri Əli Həsənovun Avropa Şurası bürosuna cavabı adekvat oldu.
Əli həsənov referendumun Azərbaycanın daxili işi olduğunu deyir. Üstəlik bu çağırış Avropa şurasının rəsmi mövqeyi kimi qiymətləndirilə bilməz.
Əli Həsənov Referendum beynəlxalq müşahidə obyekti olmamasına  baxmayaraq nüfuzlu beynəlxalq təşkilatların müşahidə aparmaq üçün azərbaycana dəvət edildiyini dedi.
Əli həsənov Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin oluna biləcəyi ilə bağlı sualı da cavablandırdı.
"Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin etməsi üçün heç bir əsas yoxdur".
Yeri gəlmişkən ATƏT Azərbaycandakı referendumu müşahidə etməyəcək. Təşkilatın Bakı ofisinin başçısı vəzifəsini icra edən Aleksis Şaxtaxtinski belə deyib. Bununla belə o referendumun keçirilməsində uğura nail olacağına əminliyini vurğulayıb.
O bunu ATƏT-in Bakı ofisi, Prezidentin İcra Aparatı və Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil olunan seçki prosesinə müdaxilələrin qarşısının alınmasına həsr olunmuş informasiya sessiyalarında bildirib.

Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az