Ramiz Mehdiyev Qarabağı qoruyur yoxsa...?
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsi azərbaycanlı icması Prezidentin İcra aparatının rəhbəri Ramiz Mehdiyevlə görüşüb.
Xatırladaq ki, bu günə qədər Qarabağ icması ilə heç bir dövlət rəsmisi görüşməmişdi. Bu gün bu qurumun Ramiz Mehdiyev səviyyəsində qəbul olunması birmənalı qarşılanmadı.
Əsas səbəb isə budur ki, Qarabağla bağlı artıq prezidentlər səviyyəsində ciddi danışıqlar gedir və Qərb mətuatı yaxın vaxtlarda problemin həll olunacağını bildirir. Həm də bu vurğulanır ki, tərəflər güzəştə getməlidir.
Nəzərə alsaq ki, Azərbaycan torpaqları işğal olunub, deməli Ermənistan tərəfinin güzəştə gedəcəyi bir məqam yoxdur. Və bütün bunların fövqündə Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev bu qurumu qəbul edir.
Bəzi dairələr iddia edir ki, Ramiz Mehdiyev səviyyəsində onların qəbul olunması təsdiqləyir ki, yaxın zamanlarda nələrsə baş verəcək və artıq Qarabağ icması səviyyəsində hakimiyyətin istənilən güzəştini qəbul edəcək qurum gündəmə gətirilir. Amma bəzi dairələrdə iddia edir ki, məhz Qarabağ icması lazım gələrsə, Azərbaycanın güzəştə getməsinə qarşı çıxmaqla öz xidmətlərini ortaya qoyacaqlar.
Poliqon IA


