Abunə:
Email:
BAŞ SƏHİFƏ | SİYASƏT | DAXİLİ SİYASƏT | “Azərbaycandakı vəziyyətdən narahatıq”

“Azərbaycandakı vəziyyətdən narahatıq”

Şrift ölçüsü: Decrease font Enlarge font
Avropa Şurasının baş katibi Tyorborn Yaqland APA-nın Avropa bürosuna müsahibəsində bildirib ki, Azərbaycandakı vəziyyətlə bağlı narahatlıqları var. Avropa Şurasının baş katibi Tyorborn Yaqland APA-nın Avropa bürosuna müsahibəsində bildirib ki, Azərbaycandakı vəziyyətlə bağlı narahatlıqları var.

Tyorborn Yaqland: “Gələnilki parlament seçkilərinin demokratik keçirilməsi üçün əlimizdən gələni edəcəyik”

“Əslində dünən (srağagün) haqqında bəyanatla çıxış etdiyim azərbaycanlı bloggerlərin azadlıqdan məhrum edilməsi məsələsi yeganə hal deyil. Hesab edirik ki, bu iki gəncə qarşı çıxarılan hökm heç də birbaşa xuliqanlıq aktı ilə əlaqəli deyil, onları həbs etmək məqsədilə bu aktda iştiraka təhrik olunublar. O ki qaldı Azərbaycanın təşkilat qarşısında üzərinə götürdüyü öhdəliklərə, biz Azərbaycanın Avropa Şurasına üzv olmasını yüksək qiymətləndiririk. Hesab edirəm ki, bu, həm təşkilat olaraq bizim, həm də Azərbaycan üçün çox vacibdir. Avropa Şurasına üzv olan bir çox ölkələr var ki, onlarda hələ də insan haqları və demokratiya sahəsində bir çox problemlər var. Buna görə də həmin ölkələrin Avropa Şurasına üzv olmaları çox vacibdir. Azərbaycan da bu ölkələrdən biri olduğu üçün hesab edirik ki, bizim bu ölkənin düzgün istiqamətdə irəliləməsi üçün yardım göstərməyimiz çox vacibdir”.
T.Yaqland bildirib ki, gələn il Azərbaycanda parlament seçkilərinin tam şəffaf və ədalətli şəkildə keçirilməsi, seçki azadlığı və demokratik normalara hörmət olunması üçün AŞ lazım olan bütün vasitələrdən istifadə edəcək: “Əgər Azərbaycan hökuməti bu məsələdə hansısa yardıma, yaxud layihənin icrasına ehtiyac duysa, biz öz növbəmizdə bunu gerçəkləşdirməyin mümkünlüyünü nəzərdən keçirəcəyik”.

MUSAVAT

Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az