Abunə:
Email:
BAŞ SƏHİFƏ | İDMAN | YAP-çı millət vəkili olimpiya mükafatçılarını kəskin tənqid edib

YAP-çı millət vəkili olimpiya mükafatçılarını kəskin tənqid edib

Şrift ölçüsü: Decrease font Enlarge font
Milli Məclis üzvü Siyavuş Novruzov Milli Məclis üzvü Siyavuş Novruzov

Milli Məclis üzvü Siyavuş Novruzov olimpiya oyunlarında qələbə qazanan Azərbaycan idmançılarını tənqid edib.

Milli Məclisin (MM) iclasında “Bədən tərbiyəsi və idman haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat olimpiya çempionlarının həddən artıq bəsləndiyini deyib. S. Novruzov bildirib ki, onlar bir dəfə qalib gələndən sonra 10-15 kilo kökəlirlər: “Həmin çempionlar o qədər bəslənirlər ki, hətta özlərini Milli Qəhrəman səviyyəsində görür və özləri haqqında ciddi fikirləşməyə başlayırlar. Buna görə də yalnız bircə dəfə qalib gəlirlər. Amerikada isə bir çempion yeddi dəfə olimpiya uğurunu təkrar edir”.

Millət vəkili təklif edib ki, qanun layihəsinə idmançıların öz üzərlərində işləmələri məsuliyyətini qoyan müddəa əlavə olunsun.

Millət vəkili Adil Əliyev isə Azərbaycanda idmançılara ayrı-seçkilik qoyulduğunu deyib. Qanunla bağlı danışan deputat deyib ki, rəhbərlik etdiyi Azərbaycan Kinqboksinq Federasiyasına münasibət birmənalı deyil: “İkili münasibət özünü xüsusilə rayonlarda daha çox göstərir. Mən qanunda bütün idmançılara eyni səviyyədə münasibət göstərilməsinin əksini tapmasını istəyirəm. Bütün uğur qazanan idmançılara bərabər münasibət olmalıdır. İndiki münasibət bizi qane eləmir”.

Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az