Abunə:
Email:
BAŞ SƏHİFƏ | İDMAN | Bakıda 60 min nəfərlik stadion tikiləcək

Bakıda 60 min nəfərlik stadion tikiləcək

Şrift ölçüsü: Decrease font Enlarge font
Dünən gənclər və idman naziri  Azad Rəhimov 2009-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfrası keçirib. Dünən gənclər və idman naziri Azad Rəhimov 2009-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfrası keçirib.

Stadion Böyükşor-Sabunçu dairəsi yaxınlığında inşa olunacaq

Bu ilin nazirlik üçün uğurlu bir il olduğunu deyən Azad Rəhimov bildirdi ki, həm gənclər və həm  idman sahəsində çox saylı nailiyyətlər və uğurlar əldə ediliblər:”

Bu il bir sıra respublika daxili və beynəlxalq yarışlar həyata keçirilib. Gənclər siyasətindən danışarkən qeyd etmək istərdim ki, bu ili ötən illərlə müqayisə etsək, ən çox gənclər sahəsində layihələr həyata keçirilib və nazirlik tərəfindən maliyyələşib. 62 gənclər təşkilatı tərəfindən təqdim edilmiş layihələr arasından 95-i nazirlik tərəfindən  maliyyələşdirilib. Gənclərin müxtəlif sahələr üzrə səkkiz yüzə qədər layihələri maliyyələşdirilib”.

Bu il ölkəmizdə keçirilən tədbirlərdən danışan nazir qeyd etdi ki, bu il ölkəmizdə  Avropa Tələbələr Forumu keçirilib:”Bundan başqa ənənəvi olaraq gənclər terror əleyhinə aksiyalar, müxtəlif rəsm sərgiləri, kompüter oyunları üzrə IV Milli Çempionat, “Xəmsə”  intellektual, “Şahin” cəsurlar oyunları keçirilib. Və ən böyük, ən yadda qalan tədbirlərdən biri isə 46 ölkədən 500 artıq tələbənin iştirak etdiyi Beynəlxalq Elm Olimpiadasıdır. Sözügedən olimpiyada ölkə üçün çox vacib olan bir tədbir oldu və yerli gənclərimiz iki gümüş və yeddi bürünc qazanıblar. Və ən əsası isə 46 ölkədən gələn gənclər Azərbaycanla tanış olublar. Bundan əlavə ilk dəfə olaraq Gəncədə Gənclərin Məşğuluq və Resurs Mərkəzi açılıb. 2 ildir ki,  Gənclərin Koryera Mərkəzi  fəaliyyətdədir. Bu mərkəzə çoxlu sayda gənclər müraciət edirlər. “İrəli” Gənclər Təşkilatı ilə birgə regionlarımızda kompüter bilikləri ilə bağlı təlimlər keçirilib.Minlərlə gənc təlimlərə qatılıb və kompüter biliklərini mənimsəyiblər. Azərbaycanın  müasir tarixind ilk dəfə olaraq ə Tələbələr Təşkilatının Qurultayı keçirilib”.

 Qeyd edildi ki, bu il ölkəmizdə gənclər sahəsində 15 yaxın beynəlxalq tədbir keçirilib, 190-a qədər gənclər beynəlxalq layihələrdə iştirak edib və xarici ölklərdə keçirilən tədbirlərə qatılıblar:” 1500 yaxın gənclər Azərbaycanda keçirilən müxtəlif beyənlxalq tədbirlərdə iştirak ediblər. Sözsüz ki, bu gənclərlə bağlı işin bir hissəsidir. Bu sahədə il ərzində çoxsaylı işlər görülüb”.Nazir qeyd etdi ki, gənclər sahəsinə bu il nazirlik tərəfindən 4 milyona yaxın vəsait ayrılıb və 2010-ci ildə bu qədər vəsaitin ayırlması nəzərdə tululur. Bu vəsaitin hamısı xərclənib. Gələn il də Azərbaycanda bu sahəyə təxminən bu qədər vəsaitin ayrılacağı gözlənilir.

Onun sözlərinə görə, il ərzində 62 gənclər təşkilatının 95 layihəsi maliyyələşdirilib: “Bu layihələrə 300 min manatdan çox vəsait xərclənib. İl ərzində Azərbaycanda gənclər sahəsi ilə bağlı 15 beynəlxalq tədbir keçirilib. 190-a yaxın azərbaycanlı gənc beynəlxalq layihələrdə iştirak edib. 1400-dən çox əcnəbi gənc ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə iştirak etmək üçün Azərbaycana gəlib”. A. Rəhimovun sözlərinə görə, il ərzində Azərbaycanda Avropa Tələbələr Forumu, “Gənclər terror əleyhinə” aksiyası, “Xəmsə” intellektual oyunu, Kompüter oyunları üzrə IV milli çempionat keçirilib, ölkədə Tələbə Gənclər Təşkilatları İttifaqı yaradılıb. İlin əsas hadisəsi isə Yeniyetmələr arasında VI Beynəlxalq Elm Olimpiadasının Azərbaycanda keçirilməsi olub.A. Rəhimov onu da deyib ki, “Gənclər şəhərciyi” layihəsinin alınmayacağı ilə bağlı proqnoz versə də, ümidlər hələ tam tükənməyib.

“Avroviziya” rəqs müsabiqəsinin ölkəmizdə keçirilməməsinin səbəbini nazir belə izah etdi ki, müsabiqədə iştirak edəcək ölkələrin sayı az olduğunda bu müsabiqənin ölkəmizdə keçirilməsi hələki mümkün deyil. 

İdman sahəsində də bu il çox saylı uğurların olduğunu  xatırladan  A.Rəhimov qeyd etdi ki, bu il 600-dən çox medal qazanılıb:”Onlardan 174 olimpiya idman növləri üzrə olan medallardır.İlk dəfə olaraq Azərbaycan dünya çempionatlarında 4 qızıl medal qazanıb. 84 idman növü üzrə 450 respublika yarışları keçirilib, minlərlə idmançılar bu yarışlarda iştirak ediblər. Azərbaycan idmançıları 180 dünya, 228 Avropa Çempionatı və Birinciliklərdə iştirak ediblər. 358 beynəlxalq turnirlərdə 4300 nəfər idmançılar, 321 təlim məşq toplatısında 3315 nəfər iştirak ediblər. Kütləvi  yarışlarda isə 20 ali təhsil məktəbləri iştirak ediblər”.

Konfransda yeni olimpiya mərkəzlərinin açılması və onların  maddi texniki bazasının gücləndirilməsi sahəsində də bir sıra işlərin görüldüyü qeyd edildi və  vurğulandı ki, bir neçə gün bundan əvvəl Milli Olimpiya Komitəsinin Prezidenti və ölkə prezidenti İlham Əliyevin iştirakı ilə Şağan Olimpiya İdman Kompleksi açılıb:” Bu il beş rayonda(Şərur, İsmayıllı,Şəmkirdə və Bakı şəhərində-hövsan və Şağan qəsəbələrində) Olimpiya İdman Kompleksləri açılıb.Hazırda respublikamızda 24 OİK fəaliyyət göstərir. Daha 12 OİK tikilməkdədir. Gələn il Göyçayda, Ağdaşda,Tovuzda,Balakəndə və Mingəçevirdə Kür OİK açılmalıdır. Bu gün fəaliyyət göstərən komplekslərdə 100-dən çox qruplar açılıb ki,gənclər orda  iştirak edirlər. Bundan əlavə beş yüz minə yaxın  müxtəlif vitamin və dərman peraparatları alınıb və federasiyalara və yığma komandaya paylanıb”.

İdman sahəsində qazanılan əsas uğurlardan biri də  Ermənistanda cüdo üzrə gənclər arasında keçirilən Avropa Çempionatında yerli idmançılarımızın uğur qazanaraq Azərbaycan bayrağını ucaltması, himnimizin səslənməsi və  qızıl medal qazanmağımızdır.Ümumilikdə 2009-cu ildə keçirilən yarışlarda 400 yüz minə yaxın gənc idmançılar iştirak etdiyini deyən nazirin sözlərinə görə, yeni ildə də Bakı bir çox  beynəlxalq yarışlara ev sahibliyi edəcək və idmançılarımız bir sıra beynəlxalq yarışlarda  iştirak edəcəklər:” 2010-cu ildə Sinqapur şəhərində gənclər arasında keçirilən olimpiya oyunlarında iştirak edəcəklər. Bakıda ilk dəfə  olaraq Qılıncoynatma üzrə dünya birinciliyi gənclər arasında keçiriləcək.Bundan əlavə Yunan- roma və Sərbəst güləş üzrə böyüklər arasında Avropa Çempionatı, Boks üzrə dünya birinciliyi keçirilməsi nəzərdə tutulub”.

Nazirin sözlərinə görə, 2000-ci ildə Azərbaycan OİK-lərin tikintiləri başlanıb:” Sözsüz ki, o zamanlar büdcə bir az məhdud idi  və bu baxımdan da ulu öndər və 2003-cü ildə ölkə Prezidenti İlham Əliyev müxtəlif təşkilatlara tapşırıq verib ki, idmanın inkişafına və maddi texniki bazasının genişlənməsinə müxtəlif təşkilatlar öz vəsaitləri hesabına idman kompleksləri tiksinlər.  Onların sırasında Şəki, Zaqatala  və Qusarda Beynəlxalq Bank tərəfindən üç OİK tikilib. Masallıda “Azpetrol “şirkəti, Salyanda “Nurgün Motors”,  Qazaxda şəxsi bir şirkət tərəfindən tikilib. Onlardan bir qismi - Lənkəran, Bərdə, Maştağa OİK Olimpiya Komitəsinin  balansındadır. Bu yaxınlarda nazirlikdə  bütün OİK-nin rəbərlərinin iştirak etdiyi iclas keçirilib və onlar arasında şərtlər qoyulub. Nazirliyin balansında olan Kürdəmir, Biləsuvar, Sabirabad, Oğuz, Hövsan, Şağan, Şəmkir, İsmayıllı  OİK-də iş belə qurulub: “Olimpiya idman növləri üzrə hər bir kompleks də  ən azı 4-5 idman seksiyaları açılmalıdır və gənclər bu işə cəlb olunmaldır. Bu seksiyalar tam şəkildə  gənclər və imkansız ailələr üçün tam pulsuzdur”.

Üzgüçülük idman növü üzrə hazırda ölkəmizdə vəziyyətin o qədər qənaətbəxş olmadığını deyən nazir vurğuladı, bu böyük problemdir: ” Bu gün  Bakıda bir dənə  olsa, 50 m hovuz yoxdur. Nobel prospektində olan hovuz bağlanıb və hazırda  fəaliyyət göstərmir.Ordu İdman Kompleksində də basseyn tam şəkildə dağıdılıb. Onun yerində yenisi hələ  tikilməyib. Amma sevindirici hal odur ki, bu ildən hovuz kompleksi  obyektinin layihə smeta işləri başlanıb. Ölkə  prezidenti tərəfindən bu hovuz kompleksinin yeri müəyyən olunub.Onun 2012-ci ildə tikilib istifadəyə verilməsi gözlənilir”.

 Qeyd edildi ki, Boks idman növü üzrə də ölkəmizdə  vəziyyət o qədər də yaxşı deyil:” Elə bu səbəbdən də Boks Federasiyasının rəhbərini dəyişdik və  Kubadan məşqçilər dəvət etdik. Bu addımları, bu idman növü üzrə   keçirilən yarışlar və yeniliklər etməkdə məqsədimiz odur ki, boksun vəziyyəti  yaxşılaşsın”.

Bakıda tikilməsi nəzərdə tutulan 60 min nəfərlik tamaşaçı tutumuna malik stadionun yeri artıq müəyyənləşib. O, qeyd edib ki, stadion Böyükşor-Sabunçu dairəsi yaxınlığında tikiləcək. Orada stadionla yanaşı hovuz kompleksinin də tikintisi nəzərdə tutulub. Nazir bildirib ki, stadion tikintisindən əvvəl həmin ərazidə neft gölməçələri qurudulmalıdır. Bundan sonra işlərə başlamaq olar. Onun sözlərinə görə, stadionun tikintisi ARDNŞ tərəfindən aparılacaq.

Azad Rəhimov əlavə edib ki, tikinti işlərinə gələn il başlanıb-başlanmayacağına dair onda dəqiq məlumat yoxdur. Çünki bu işi Gənclər və İdman Nazirliyi yox, ARDNŞ görəcək.

Totalizatorun yaradılması təşəbbüsü isə AFFA tərəfindən irəli sürülüb.Onun sözlərinə görə AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan futbolunun da totalizatorlar vasitəsilə maliyyələşdirilməsi barədə ölkə prezidenti qarşısında məsələ qaldırıb. Ölkə başçısı isə öz növbəsində bu təşəbbüsü dəstəkləyib.

Azad Rəhimov bu məsələdə Türkiyə təcrübəsindən yararlanmaq istədiklərini vurğulayıb. Onun sözlərinə görə artıq Türkiyədə “İddaa” adlı şirkət bu işlə məşğuldur. Nazir Azərbaycanda da “Azəridmanservis” Səhmdar Müəssisəsinin yarandığını qeyd edib: “Türkiyədən “İddaa” şirkəti Bakıya dəvət olunub. Onlar burada aparılan işlərlə tanış olublar. Artıq operator şirkəti də müəyyənləşib. Bu, “İntertel” şirkətidir və o totalizatorlarla bağlı işləri aparacaq”.

Nazir bildirib ki, həmin şirkətin gördüyü işlərə Gənclər və İdman Nazirliyi ilə AFFA nəzarət edəcək. Vəsait isə “Azəridmanservis”in adına gələcək. Sonradan isə həmin vəsaitin 70 faizi Gənclər və İdman Nazirliyinin, 30 faizi AFFA-nın hesabına bölüşdürüləcək. Azad Rəhimov bu prosesin şəffaf şəkildə aparılması üçün lazımi işlərin görüldüyünü deyib. Onun sözlərinə görə, bu istiqamətdə gələn ilin mayından real işlərə başlanacaq.

G.ƏSƏDOVA
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az