Yahoo! bir həftəliyinə bağlanır
Belə təcrübə bir neçə iri şirkətlərdə də var
“İtv.az” The Wall Street Journal-a istinadən xəbər verir ki, Yahoo! korporasiyası 1 həfətliyinə dekabrın 25-dən yanvarın 1-dək bütün dünya üzrə öz işini dayandırır. Yalnız portalın işlək vəziyyətdə saxlanması və baza funksiyalarını həyata keçirən şöbələr işləyəcək. Şirkətin bu cür qərar qəbul etməsinin məqsədi həftə ərzində ənənəvi olaraq işgüzar fəallığın azalmasına rəğmən məsrəfləri ixtisar etməkdir.
ABŞ-da işçilər adətən belə hallarda haqqı ödənilməyən məzuniyyətə gedir. yaxud öz məzuniyyətlərini götürürlər.
3-cü kvartalın sonunda Yahoo!-da 13200 adam çalışıb. Əvvəllər şirkətdə kütləvi ixtisaslar aparılıb, 700 dən artıq əməkdaş işdən azad olunub. Birləşmiş Ştatlardan kənarda əmək haqqı yerli əmək qanuna görə ödəniləcək.
Amerikada digər İT şirkətləri də ilin sonunda qənaət məqsədilə belə qərarlar qəbul edirlər. Lakin onlar işçilərin əmək haqqını qismən də olsa ödəyirlər.
Adobe Systems əməkdaşlarının əksəriyyəti ənənəvi olaraq dekabrın 24-dən yanvarın 1-dək işləmirlər. Bu il onlara həmin dövr üçün 3 əvəzi ödənilən məzuniyyət günü verməyi nəzərdə tutulub.
Apple-də isə bu dövr bütünlükdə əmək haqqı ödənilir. Lakin əməkdaşların çoxu istirahər edir. İşə yalnız mağazalarda çalışanlar və yardım şöbəsindəki işçilər davam edirlər.
Xəbər lenti


