Abunə:
Email:
BAŞ SƏHİFƏ | TEXNOLOGİYA | Əhalinin 86,2 faizi mobil abunəçidir

Əhalinin 86,2 faizi mobil abunəçidir

Şrift ölçüsü: Decrease font Enlarge font

Məlumat verilib ki, respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 2008-ci ildə 15,1 ədəd olduğu halda, 2009-cu ildə 16,0 ədəd təşkil edib.

Bu göstərici Bakı şəhəri üzrə 34,4 ədəd, respublikanın digər ərazilərində isə 10,5 ədəd təşkil edir. Kənd yerlərində hər 100 nəfər əhaliyə düşən telefon aparatlarının sayı isə 6,4 ədəddən 6,9 ədədə çatdırılıb.

Mobil abunəçilərin sayı ilin əvvəlinə nisbətən təxminən 1 209 120 nəfər artaraq 7 757 120 nəfər təşkil edib ki, bu da hər 100 nəfərə 86,2 mobil abunəçinin düşməsi deməkdir.

Qeyd olunub ki, hesabat dövründə əhalinin hər 100 nəfərinə düşən kompüterlərin sayı 12 ədədə, internet istifadəçilərinin sayı 41-ə bərabər olub.

RİTN tərəfindən yeni texnologiyaların tətbiqi istiqamətində görülən işlərin davam etdirildiyini diqqətə çatdıran R.Nəbiyev bildirib ki, hesabat ilində 3G xidmətlərinin ölkə ərazisində tətbiqinə başlanması məqsədilə 3-cü nəsil mobil rabitə xidmətləri “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı”na daxil edilib. Bununla əlaqədar olaraq 3G xidmətlərinə lisenziya verilməsi üçün tələb olunan əlavə şərtlər hazırlanıb.

Hesabat ilinin dekabr ayından etibarən “Azərfon” MMC tərəfindən verilmiş lisenziya əsasında dünya mobil bazarının lideri “Vodafon” şirkəti ilə birlikdə 3G xidmətlərinin tətbiqinə başlanıb. Şöbə müdirinin sözlərinə görə, 3G texnologiyasının tətbiqi ölkənin telekommunikasiya bazarında keyfiyyətcə yeni mərhələnin əsasını qoymaqla, təkcə görüntülü danışıq yox, radio-televiziya yayımları üçün yeni mühit, on-line video müşahidələr və digər yeni tipli xidmətlərin verilməsini də təmin edir.

Azərbaycanın tranzit qovşağa çevrilməsi məqsədilə Azərbaycan üzərindən tranzit trafikin təşkil olunması üçün tədbirlərin davam etdirildiyini deyən R.Nəbiyev bildirib ki, Gürcüstanın, Türkmənistanın və “TransTelekom” şirkətinin dünya ölkələrinə çıxış telefon trafikinin alternativ olaraq Azərbaycan üzərindən yönləndirilməsi təmin olunub: “2009-cu il ərzində şirkətlərlə aparılmış danışıqlar nəticəsində Azərbaycandan dünya ölkələrinə, o cümlədən Türkiyə, İran, AT&T, Verizon, Ukrayna, Qazaxıstan və Gürcüstana çıxış telefon trafikinə görə hesablaşma qiymətlərinin endirilməsi təmin edilib”.

Azərbaycanın informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması, iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması məqsədilə də müvafiq tədbirlər görülüb.

Belə ki, artıq Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən Azərbaycana ölkədaxili istifadə üçün iki, beynəlxalq istifadə üçün isə bir orbital mövqe verilib.

R.Nəbiyev hesabat dövründə informasiya cəmiyyətinin inkişafı, İKT-nin cəmiyyətdə tətbiqi və əhalinin İKT biliklərinin artırılması istiqamətində də ardıcıl işlər görüldüyünü bildirib, misal olaraq ölkədə kompüterlərin kütləvi yayımını nəzərdə tutan “Xalq kompüteri” layihəsini göstərib: “Xarici və yerli şirkətlərin və Azərbaycan hökumətinin birgə reallaşdırdığı bu layihədə ölkəmizin də istehsal potensialından istifadə edilərək güzəştli şərtlərlə, yəni 25-30 faiz bazar qiymətlərindən aşağı və bir illik faizsiz kreditlə kompüterlərin vətəndaşlara satışının həyata keçirilməsi nəzərdə tutulur. Pilot layihə kimi “Xalq kompüteri”nin ilk istifadəçiləri orta məktəb müəllimləri seçilib. “Xalq kompüteri” layihəsi eyni zamanda, hazırda icra olunun 2009-2012-ci illər üçün məktəblərin informasiyalaşdırılması və internetlə təmin olunması üzrə dövlət proqramının əsas hissəsini təşkil edir”.
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az