ADSL qoşulmalarının sayı 3 dəfə artıb
R.Nəbiyev internet qiymətlərinin endirilməsi istiqamətində atılan addımlardan da söz açıb.
Bildirib ki, Azərbaycanda internet infrastrukturunun liberallaşdırılması və qiymətlərin endirilməsi məqsədi ilə hesabat ilində internetin qiymətlərinin aşağı salınması məsələsinə 2 dəfə baxılıb və dövlət provayderləri üzrə 1 fevral və 1 oktyabr tarixlərindən qiymətlər endirilib. Bunun nəticəsində növbəti aylarda özəl provayderlər üzrə təklif olunan internet qiymətlərində də nəzərəçarpacaq endirimlər həyata keçirilib: “Aparılmış qiymət dəyişikliyi nəticəsində ADSL qoşulma tarifləri 6-9 dəfə aşağı salınıb ki, bu da ölkəmizdə internetin qiymətlərinin region ölkələri ilə müqayisədə xeyli aşağı düşməsinə gətirib çıxarıb. Beləliklə də, ölkədə ADSL qoşulmalarının sayı il ərzində təxminən 3 dəfə artıb, yəni 17 mindən 48 minə çatdırılıb”.
Şöbə müdiri poçt sahəsindəki yeniliklərdən və əldə edilən nailiyyətlərdən də danışıb. Qeyd edilib ki, poçt göndərişlərinin izlənilməsi və poçt əməliyyatlarının avtomatlaşdırılması üçün qiymətli məktublar, bağlamalar və banderollar üzrə izləmə sistemi üzrə proqram təminatı hazırlanıb.
Məlumat verilib ki, 2009-cu il ərzində respublika üzrə 757 395 ədəd pul baratı qəbul edilib, 754 064 ədəd pul baratı isə ödənilib. Şöbə müdirinin sözlərinə görə, 2008-ci illə müqayisədə qəbul edilmiş pul baratlarının sayı 59 770 ədəd, məbləği isə 13 092 159 manat (və ya 26 faiz) çox olub: “”Azərpoçt” MMC beynəlxlq bağlamaların axtarışına dair Ümumdünya Poçt İttifaqının “Cricket” sorğu sistemi vasitəsi ilə hazırda dünyanın 100 ölkəsi ilə əməkdaşlıq edir. Hazırda “Azərpoçt” MMC dünyanın 29 ölkəsi ilə beynəlxalq sifarişli poçt göndərişlərinə dair operativ elektron sorğu sistemindən istifadə edir. MDB ölkələri içərisində ilk dəfə olaraq Azərbaycan poçt müdiriyyəti beynəlxalq sifarişli poçt göndərişlərinin izləmə və sorğu sisteminə qoşulub”.
Qeyd edilib ki, respublika ərazisində TV və radio proqramlarının yayımının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə 2009-cu ildə “Teleradio” İB tərəfindən 64 ədəd müxtəlif təyinatlı avadanlıqlar qurularaq istismara verilib. Qurulan avadanlıqların 61 ədədi radio- TV vericilər və 2 peyk kanalı və 1 ədəd anten-fider sistemidir.
Xəbər lenti


