Hansı parollardan istifadə etmək təhlükəlidir?
İnternetdə istifadə olunması məsləhət görülməyən parolların siyahısı.
Mütəxəssislər virtual dünyada istifadə olunan bəzi parolların etibarsız olduğunu müəyyənləşdirib. Bir neçə gün əvvəl “RockYou” adlı internet saytı hakerlərin hücumuna məruz qalıb, 32 milyon istifadəçinin məlumatlar və parolu oğurlanıb. Məlumat təhlükəsizliyi şirkəti “Imperva” bütün parollar üzərində araşdırma keçirərək internetdə ən çox istifadə olunan bu parolların olduqca etibarsız olduğunu deyib. Bu parollardan istifadə edənlərin təhlükə qarşısında olduğu bildirilib.
İnternetdə istifadə olunması məsləhət görülməyən parollar:
1 - abc123
2 - 12345
3 - 123456
4 - 1234567
5 - 12345678
6 - 123456789
7 - Password
8 - iloveyou
9 - princess
10 - rockyou
Xəbər lenti


