Abunə:
Email:
BAŞ SƏHİFƏ | DÜNYA | Xamneyi cümə xütbəsində nə dedi?

Xamneyi cümə xütbəsində nə dedi?

Şrift ölçüsü: Decrease font Enlarge font
İranın ali dini lideri Seyid Əli Xamneyi İranın ali dini lideri Seyid Əli Xamneyi

"Xalq özü 10-cu prezidentini seçib və dövlətlə həmrəy olduğunu nümayiş etdirib"

İranın ali dini lideri Seyid Əli Xamneyi seçkidən sonra ilk dəfə iğtişaşların baş verdiyi Tehran Unirvesitetinə gəlib. O, cümə namazından əvvəl çıxış edərək xalq qarşısında seçkidən sonrakı vəziyyətə aydınlıq gətirmək istəyib və bu təhsil müəssisəsinin tələbələrilə qanun keşikçiləri arasında baş verən qarşıdurmaya münasibət bildirib.

"İslamın düşmənləri hər zaman müsəlmanlara narahatlıq verməyə çalışırlar. İmanlı insanlar ruhlarını və əqidələrini saf tutmalıdırlar. Narahat insan üçün doğru yolu tapmaq çox çətindir. Bu gün bizim dövlətimizin rahatlığa ehtiyacı var. Ölkədəki siyasi gərginlik Allahı yadımızdan çıxarmamalıdır. İnqilabdan sonra bizi yıxmağa çalışan və qarışıqlığa sürükləyəcək çoxlu hadisələrlə üzləşdik. Amma bizim idarə etdiyimiz sağlam gəmi hələ üzməkdə davam edir. Hər ölkənin daxilində təbii prosseslər olur. Necə ki bizdə yaşanır. Amma bu, bizi çaşdırmamalıdır. Bu gənclər bizim qurduğumuz rejimin ilk gəncləri kimi siyasi biliklərə sahib olduqlarını göstərirlər. Xarici media İrana düşmən mövqe tutub və onlar daxili gərginliyi artırmağa çalışırlar. Məqsəd bizim dövlətimizi parçalamaqdır. Mən bildirirəm ki, xalq özü 10-cu prezidentini seçib və dövlətlə həmrəy olduğunu nümayiş etdirib".

Dini liderin bu çıxışı ölkə daxilində, o cümlədən xaricdən də böyük maraqla izlənib. Dini liderin nitqini İran prezidenti Mahmud Əhmədinejad da dinləyib.

Ayətullah Seyid Əli Xamneyi müxalifət lideri Mirhüseyn Musəvinin qarşısında şərt qoyub.

APA-nın Böyük Britaniyada nəşr olunan “Times” qəzetinə istinadən verdiyi məlumata görə, Ə. Xamneyi bəyan edib ki, M. Musəvi ya mövcud İran rejimini dəstəkləməli, ya da ölkəni tərk etməlidir. İran dövlətinin başçısı sabiq baş naziri bugünkü cümə xütbəsində onunla yanaşı dayanaraq xalqı milli birliyə çağırmağa dəvət edib.

Xatırladaq ki, M. Musəvi iyunun 12-də keçirilən seçkilərin nəticələrinin saxtalaşdırıldığını bildirərək yeni seçki tələb edir. Onu da əlavə edək ki, 67 yaşlı M. Musəvi liberallaşmanın tərəfdar olsa da, heç vaxt İrandakı teokratik sistemlə münaqişəyə girməyib.

Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az