Abunə:
Email:
BAŞ SƏHİFƏ | DÜNYA | ABŞ Rusiyada demokratiyanın inkişafına 30 milyon dollar xərcləyəcək

ABŞ Rusiyada demokratiyanın inkişafına 30 milyon dollar xərcləyəcək

Şrift ölçüsü: Decrease font Enlarge font

ABŞ 1992-2008-ci illər ərzində Rusiyaya 3, 7 milyard dollar vəsait ayırıb

“İtv.az” Dövlət Departamentinin rəsmi saytına istinadən xəbər verir ki, ABŞ 2009-cu ildə Rusiyada demokartiyanın inkişafı və insan haqlarının qorunması məqsədilə 30 milyon dollar vəsait sərf edəcək. Bu barədə ABŞ Dövlət Katibinin Avropa və Avroasiya üzrə müavini Filip Qordon açıqlama verib. Açıqlamanın mətni Dövlət departamentinin saytında yerləşdirilib.
Filip Qordonun sözlərinə görə ABŞ Rusiyada demokratiyanın inkişafı ilə bağlı öz prinsiplərindən əl çəkmək fikrində deyil. Odur ki, ayrılmış vəsaitin bir hissəsi Rusiyada KİV-lərə xərclənəcək. Dövlət departamentinin rəsmisi onu da əlavə edib ki, yaxınlarda çeçen hüquq müdafiəçisi Natalya Estemirovanın qətli Rusiyada insan hüquqlarının qorunması məsələsini kəskin şəkildə ortaya qoyub.
Qeyd olunmalıdır  ki,ABŞ 1992-2008-ci illər ərzində Azadlığı Müdafiə Aktı çərçivəsində Rusiyaya 3, 7 milyard dollar vəsait ayırıb. Bu vəsait humanitar və sosial yardımlara, bazar iqtisadiyyatı islahatlarının dəstəyi üçün görülən işlərə sərf olunub. 2008-ci ildə bu məqsədlə 50 milyon dollar ayrılıb. 
www.itv.az

Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az