Editor.Az / Xəbər: ABŞ Rusiyada demokratiyanın inkişafına 30 milyon dollar xərcləyəcək ABŞ Rusiyada demokratiyanın inkişafına 30 milyon dollar xərcləyəcək ================================================================================ admin on 31/07/2009/ 16:32 “İtv.az” Dövlət Departamentinin rəsmi saytına istinadən xəbər verir ki, ABŞ 2009-cu ildə Rusiyada demokartiyanın inkişafı və insan haqlarının qorunması məqsədilə 30 milyon dollar vəsait sərf edəcək. Bu barədə ABŞ Dövlət Katibinin Avropa və Avroasiya üzrə müavini Filip Qordon açıqlama verib. Açıqlamanın mətni Dövlət departamentinin saytında yerləşdirilib. Filip Qordonun sözlərinə görə ABŞ Rusiyada demokratiyanın inkişafı ilə bağlı öz prinsiplərindən əl çəkmək fikrində deyil. Odur ki, ayrılmış vəsaitin bir hissəsi Rusiyada KİV-lərə xərclənəcək. Dövlət departamentinin rəsmisi onu da əlavə edib ki, yaxınlarda çeçen hüquq müdafiəçisi Natalya Estemirovanın qətli Rusiyada insan hüquqlarının qorunması məsələsini kəskin şəkildə ortaya qoyub. Qeyd olunmalıdır ki,ABŞ 1992-2008-ci illər ərzində Azadlığı Müdafiə Aktı çərçivəsində Rusiyaya 3, 7 milyard dollar vəsait ayırıb. Bu vəsait humanitar və sosial yardımlara, bazar iqtisadiyyatı islahatlarının dəstəyi üçün görülən işlərə sərf olunub. 2008-ci ildə bu məqsədlə 50 milyon dollar ayrılıb. www.itv.az