Abunə:
Email:
BAŞ SƏHİFƏ | DÜNYA | İtaliya xaçın müdafiəsinə qalxdı

İtaliya xaçın müdafiəsinə qalxdı

Şrift ölçüsü: Decrease font Enlarge font

"Xaç – İtaliya mədniyyətinin bir hissəsidir və heç kəs, hətta Avropa məhkəməsi italyanların milli kimliyinə təcavüz edə bilməz"

Avropa məhkəməsinin xaçların sinif və digər ictimai yerlərdə asılmasını təhsil və din azadlıqlarının pozulması kimi dəyərləndirməsi İtaliyada böyük əks-təsirə səbəb olub.

İnsan Haqqlarına dair Avropa Məhkəməsi çərşənbə axşamı bildrib ki, İtaliya hökuməti xaçların siniflərdə asılması ilə İtaliya hökuməti tərəfindən şagirdlərin azad din seçimini, həmçinin şagirdlərin öz dinlərini öyrənmək hüququnu pozur.
İtaliya təhsil naziri Mariastella Gelmini məsələyə münasibət bildirərək söyləyib ki, xaç – İtaliya mədniyyətinin bir hissəsidir və heç kəs, hətta Avropa məhkəməsi italyanların milli kimliyinə təcavüz edə bilməz.  İtaliyanın yepiskoplar şurası məhkəmənin qərarını ideoloji qərəz üzündən verildiyini bildirib:  “Bu sadəcə dini simvol deyil, həmçinin mədəni mənsubiyyətin rəmzidir”.

İtaliya xarici işlər naziri Avropa Məhkəməsinin qərarı ilə bağlı appelyasiya məhkməsinə müraciət edəcəyini bəyan edib.

Press TV

Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az