Abunə:
Email:
BAŞ SƏHİFƏ | DÜNYA | Gürcüstanın xarici işlər naziri Rusiya vətəndaşlığından imtina edir

Gürcüstanın xarici işlər naziri Rusiya vətəndaşlığından imtina edir

Şrift ölçüsü: Decrease font Enlarge font
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Rusiya vətəndaşlığndan imtina edib.

Milliyətcə gürcü olan keçmiş sovet diplomatı Vaşadze bunu bu gün elan edərək deyib ki, o, Rusiya prezidenti Dmitri Medvedevə vətəndaşlıqdan imtina etdiyinə dair məktub göndərib.  Xarici işlər naziri öz pasportunu da göndərdəyini deyib.  

Vaşadze bu haqda qərarı Rusiya parlamentinin bəzi üzvlərinin onu Rusiya əleyhinə fəaliyyətlərdə ittiham edərək, vətəndaşlıqdan məhrum etməyə çağırmasından sonra verir.  Duma Rusiya qanununlarının buna icazə vermədiyini əsas götürərək bu  addımı atmaqdan imtina edib.  

Moskvada təhsil almış Qriqol Vaşadze və 1980-ci illərdə Sovet İttifaqının xarici işlər nazirliyində işləyib.  O, keçən il xarici işlər naziri təyin ediləndə ikili vətəndaşlığa malik idi.  

Vaşadze 2008-ci ildə Rusiya və Gürcüstan arasında diplomatik münasibətlər kəsildikdən sonra bu vəzifəyə təyin edilmişdir.

Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az