Abunə:
Email:
BAŞ SƏHİFƏ | DÜNYA | Türkiyədə hökumət “kürd açılımı”nı ictimaiyyətə kitabla təqdim edəcək

Türkiyədə hökumət “kürd açılımı”nı ictimaiyyətə kitabla təqdim edəcək

Şrift ölçüsü: Decrease font Enlarge font

Kitab baş nazir Rəcəb Tayyib Ərdoğan və AKP millət vəkillərinin “açılım”ın zərurətinə aid çıxışlarından ibarətdir

Türkiyədə geniş müzakirə mövzusu olan “Demokratik açılım” (kürd açılımı) barədə ətraflı məlumat verən kitab hazırlanır. ANS PRESS “CNN Türk”ə istinadən xəbər verir ki, kitab baş nazir Rəcəb Tayyib Ərdoğan və AKP (Hakim Ədalət və İnkişaf partiyası) millət vəkillərinin “açılım”ın zərurətinə aid çıxışlarından ibarətdir. Kitabın, bu həftə sonu AKP-nin keçirəcəyi və layihəni ehtiva edəcək çıxışların kitaba salınacağı müşavirədən sonra nəşr olunacağı gözlənilir. Kitabın giriş sözünü isə baş nazir Rəcəb Tayyib Ərdoğan yazacaq. Kitabın əsas mövzusunu təşkil edəcək şüar, “Hamı üçün daha çox azadlıq” – olacaq. Kitabda müxalifətin fikirləşdiyinin əksinə “açılım”ın ölkəni birlik və bütünlüyə aparacağı vurğulanacaq. Qeyd edək ki, kitabla birlikdə “açılım”dan bəhs edən disklər də hazırlanacaq. 
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az