Abunə:
Email:
BAŞ SƏHİFƏ | DÜNYA | Musəvinin qardaşı oğlu öldürüldü

Musəvinin qardaşı oğlu öldürüldü

Şrift ölçüsü: Decrease font Enlarge font
Polisin verdiyi məlumata görə, 5 adam ölüb, 300 dən artıq insan həbsə alınıb. Polisin verdiyi məlumata görə, 5 adam ölüb, 300 dən artıq insan həbsə alınıb.

Toqquşmalar Aşura günü baş verib. İranda aylardan bəri ən zorakı anti hökumət nümayişləri baş verib.

Nümayişlər gecə boyunca davam edib.İranın dövlət xəbər agentliyi “İrna” məlumat verir ki, polis qurbanların şübhəli şəraitdə öldüyünü bildirib. Müxalifət deyir ki, Tehranın mərkəzində keçirilən nümayişlərdə polis insanlara atəş açıb və azı 4 adam ölüb. Ölənlərin arasında müxalifət lideri Mir Hüseyn Musəvinin qardaşı oğlu da var (BBC).

Dekabrın 27-də İranda etiraz aksiyası keçirən müxalifət tərəfdarları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasındakı toqquşmalarda azı 9 nəfər ölüb.Aşura günündə küçələrə çıxan hökumət əleyhdarları bu dəfə prezident Mahmud Əhmədinejada yönəlmiş “Diktatora ölüm!” şüarı ilə birlikdə ali dini lideri nəzərdə tutaraq “Xamneyi devriləcək!” şüarını da səsləndiriblər. Hüquq-mühafizə orqanlarının açdığı atəş nəticəsində paytaxt Tehranda 5, Təbrizdə isə 4 nümayişçinin öldüyü, onlarla insanın yaralandığı, 300 nəfərin həbs edildiyi bildirilir. Hakimiyyət orqanları isə Tehranda ölən 5 nəfərdən 4-nü maşın vurduğunu, müxalifətə yaxın “Rah-e-Sabz” saytı isə Tehranda ölənlərdən 3-nün təhlükəsizlik qüvvələrinin atəşi ilə həlak olduğunu yazıb. Təbrizdə 4 nəfərin öldürüldüyü xəbərini də eyni sayt yayıb.

İran polis qüvvələri komandanının müavini general Əhməd Reza Radan televiziya ilə etdiyi çıxışında deyib ki, polis atəş açmayıb. O, bəzi ölüm hallarının şübhə yaratdığını deyib.O, bildirib ki, bu hadisədə bir neçə insan ölüb və onlardan biri körpüdən yıxılıb: “Bu insidentin səbəbi araşdırılır. İki nəfər avtomobil qəzasında həlak olub. Bu hadisə və maşının kimə məxsus olmasını da polis araşdırır. Məlumatlara görə, bir nəfər güllə yarasından ölüb. Əslində isə polis atəş açmayıb. Bu hadisə çox şübhəlidir və araşdırılır” .

Nümayişlər şiə müsəlmanlarının Aşura günü, insanlar İmam Hüseynin məqbərəsini ziyarət edərkən baş verib. İran dövlət televiziyasının aparıcısı deyib ki, belə bir tarixi gündə bir qrup nümayişçi fürsətdən istifadə edərək müqəddəslərə hörmətsizlik ediblər və ölkənin düşmənlərini sevindiriblər. Şahidlər gecə boyunca nümayişlərin davam etdiyini deyiblər.

Youtube saytında yayımlanmış videoda nümayişlərin gərgin olduğu görünür.   Ağ Ev nümayişlərin dağıdılmasını “mülki şəxslərin öz universal hüquqlarından istifadəsinə zorakı və ədalətsiz təzyiq” adlandırıb. Fransanın xarici işlər naziri Bernard Bolero nümayişçilərə qarşı zorakılığı pisləyib. O deyib ki, biz küçələrdəki insanların daha artıq azadlıq, demokratiya və ifadə azadlığı istədiyini yada salırıq. Polis qüvvələrinin repressiyası qəbul edilməzdir. Biz hazırkı hadisəyə siyasi həll yolu tapılmasına çağırırıq. Fransanın xarici işlər naziri Avropa İttifaqının   hadisələrə daha sərt reaksiya verə biləcəyinin mümkünlüyünə işarə vurub.

Bu arada  İran   müxalifəti Təbrizdə daha 4 nəfərin öldüyünü desə də, bu xəbər təsdiqini almayıb. Təhülkəsizlik qüvvələri öz mövqelərini tutub və gözyaşardıcı qazlardan nümayişçiləri dağıtmaq üçün istifadə edib. Amma bəzi yerlərdə onlar nəzarəti itiriblər və küçələrə nəzarəti bir neçə saat əldən verməli olublar. Bir neçə polis motosikli və avtomobili yandırılıb. Bir ərazidə hətta nümayişçilər polis məntəqəsini yandırıblar. Şahidlər deyir ki, polis birbaşa izdihama atəş açıb. Ölənlərin arasında prezidentliyə müxalifətin namizədi Mir Hüseyn Musəvinin qardaşı oğlu 35 yaşlı Seyid Əli Musəvi də var. O, Tehranın mərkəzindəki nümayişlərdə ürəyindən güllələnib.

İranın islahatçı internet saytlarından olan “Parlemannews” xəbər verir ki, Əli Musəvi günorta saatlarında qətlə yetirilib və hazırda meyidini Tehranda hospitalda saxlayırlar. Musəvinin yaxın köməkçilərindən biri adının çəkilməməsi xahişi ilə bu xəbəri təsdiqləyib. İranın müxalifət lideri Mirhüseyn Musəvinin qardaşı oğlunun ölümündən sonra Tehran polisi qarşıdurmalarda əli olduqlarını ehtimal etdiyi bəzi şəxsləri saxlayıb. Musəvinin yaxınlarından və müşavirlərindən olan Əlirza Behişti Şirazi, İmad Baqi, İbrahim Yəzdi, Bagirian, Behzadinejad, eləcə də “Baran” mədəni ictimai müəsisəsinin müdir müavini Murtəza Hacı Rəsuli həbs edilib. Müəssisənin arxiv sənədləri də aparılıb. Tehran polisi həmçinin Qum şəhərindəki Dini Elmi Araşdırmalar Mərkəzinin rəhbəri Hüseyn Musəvi Təbrizini də saxlayıb.

“Əl-Cəzirə” isə polisin Tehranın mərkəzində dalbadal xəbərdarlıq atəşi açdığı, mitinq iştirakçılarının dağılması üçün elanlar verdiyini bildirib. Xəbərə görə, polis bəzi nümayişçiləri saxlayıb.

SABUTAY

Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az