Abunə:
Email:
BAŞ SƏHİFƏ | DÜNYA | “People in Need”: “Ermənilərin 70 faizi ölkəni tərk etmək arzusundadır”

“People in Need”: “Ermənilərin 70 faizi ölkəni tərk etmək arzusundadır”

Şrift ölçüsü: Decrease font Enlarge font

Bu gün Ermənistanda daxili siyasi və eləcə də sosial-iqtisadi vəziyyət dəhşətli səviyyəyə çatıb.

Artıq iş o yerə çatıb ki, yeniyetmələr və gənclər ölkəni tərk etmək istədiklərini  bildirirlər. Bu məsələni ölkədəki mənfi halları, ağır iqtisadi şəraiti ört-basdır etməkdə mahir olan erməni mətbuatı da etiraf etməyə məcbur olub. Parisdə fransız dilində gündəlik nəşr olunan “Ermənistan xəbərləri” qəzetinin 30 yanvar tarixli nömrəsində dərc edilən informasiyada Ermənistanda yaranmış ağır maddi durum, maraqsız həyat tərzi nəticəsində  gənclərin ölkəni tərk etmək istədikləri bildirilib. Çexiyanın “People in Need” (“Ehtiyac içində olan insanlar”) qeyri-hökumət təşkilatı Ermənistandakı vəziyyətlə bağı lisey tələbələri və gənclər arasında sorğu aparıb. Sorğuda iştirak edənlərin 70 faizi Ermənistanı tərk etmək arzusunda olduğunu bildirib.  Məlumat üçün bildirək ki, elə təkcə yüz min erməni Ermənistandakı ağır soial-iqtisadi böhrandan qurtulmaq üçün Türkiyəyə qaçıb. Qeyd edək ki, ötən ilin 5 ayı ərzində Ermənistanın aldığı borc ölkə büdcəsinin 37 faizini təşkil edib. Ermənistanda ümumdaxili məhsul 15,7 faiz azalıb. Bu gün Ermənistan iqtisadiyyatının 70-75 faizinə Rusiya nəzarət edir. Artıq Ermənistan iqtisadiyyatı tədricən böyük dövlətlərin və beynəlxalq maliyyə qurumlarının nəzarətinə keçir. Qeyd edək ki, Ermənistan Milli Məclisinin üzvü, iqtisadçı Ara Nranyan 2010-cu ildə Ermənistanda kasıbların sayının kəskin surətdə artacağını söyləyib. Ara Nranyan deyib ki, 2010-cu ilin büdcə layihəsində daxilolmaların səviyyəsində 1,2 faiz artım proqnozlaşdırılsa da, hökumətin həyata keçirdiyi iqtisadi siyasət gələn il əhalinin həyat səviyyəsinin aşağı düşməsinə səbəb olacaq.Tbilisi və Yerevan arasında bu gündən etibarən hava nəqliyyatı müvəqqəti dayandırılıb. Gürcüstanın Vahid Nəqliyyat Administrasiyasının yaydığı məlumata əsasən, uçuşların dayandırılması mövsümi xarakter daşıyır. Qeyd edək ki, sərnişin axınının olmaması səbəbindən reyslər həyata keçirilməyəcək. Bütün bunlar Gürcüstan və Ermənistan arasında əlaqələrin cox da effektiv olmamasından xəbər verir. Yəni bu fakt artıq göstərir ki, Gürcüstan vətəndaşları Ermənistanla əlaqələrdə maraqlı deyillər və bir dövlət kimi Ermənistan cəlbedici deyil. Əgər belə olmasaydı, onda əlaqələr digər dövlətlərlə olan əlaqələr kimi sıx olardı. Ölkə rəhbərlərinin qarşılıqlı səfərlərinə və “qardaşlıq ” əlaqələrinə baxmayaraq cəmiyyətlər arasında əlaqə elə də maraqlı deyil. Ermənistan hakimiyyətinin həyata keçiridyi təcavüzkarlıq siyasəti nəticəsində bu dövlət iqtisadi cəhətdən etibarsız dövlətə çevrilib. Ermənistanda Gürcüstan cəmiyyəti üçün cəlbedici heç nə yoxdur. Düzdür, Gürcüstandan Ermənistana yük maşınları (TİR)  hərəkət etsə də, bu yalnız Türkiyədən Ermənistana aparılan yüklərdir. Ermənistanın işğalçı siyasət aparması nəticəsində Türkiyə Ermənistanla sərhədlərini bağladığı üçün Ermənistan Gürcüstan vasitəsilə ticarət əlaqələri qurur və Türkiyə ilə ticarət münasıbətləri yaradır. Bu yalnız Türkiyə ilə Ermənistan arasında ticarət əlaqəsi olduğu üçün və Gürcüstandan isə yalnız tranzit dövlət kimi istifadə edildiyi üçün bunun Gürcüstanla Ermənistan arasında ticarət dövriyyəsinə heç bir aidiyyəti yoxdur. Müqayisə apardıqda görə bilərik ki, Gürcüstan vətəndaşlarının ən cox səfər etdiyi dövət məhz Azərbaycandır. Çünki ölkəmiz iqtisadi cəhətdən cəlbedici və geniş imkanlara malik olan bir dövlətdir. Ermənistan iqtisadiyyatı isə tənəzzül səviyyəsindədir və bura heç kim kapital qoyuluşu həyata keçirmir.  Bu isə son nəticədə iqtisadi əlaqələrin genişlənməməsi və məntiqi olaraq da cəmiyyətlər arasında soyuqlugun və uzaqlaşmanın yaranmasına gətirib çıxardır. Beləliklə bu iki dövlət arasında hava nəqliyyatının müvəqqəti dayandırılmasının Ermənistan cəmiyyətinə mənfi təsiri qaçılmazdır. Bir faktı da xatırlatmaq istəyirik ki, hələ ötən il Gürtcüstan prezidenti Mixail Saakaşvili Ermənistan haqqında fikir söyləyərkən bildirmişdi ki, Ermənistan iqtisadiyyatı iflasa uğrayıb. O, bunun səbəbləri haqqında danışaraq qeyd etmişdi ki, bu ona görə baş verib ki, Ermənistan bütövlükdə Rusiya bazarından asılıdır. Sözsüz ki, bütün bunlar elə əlaqələrin zəifləməsinə də təsir göstərir. Ölkəmizə fikir verdikdə görə bilərik ki, bir çox dövlətlər  məhz özləri Azərbaycanla hava əlaqələrinin yaradılmasında maraqlıdırlar. Ölkəmizin geniş turizm imkanları və güclü iqtisadiyyatı şərait yaradır ki, dünyanın bir çox inkişaf etmiş dövlətləri özləri hava nəqliyyatının genişlənməsi təklifi ilə çıxış etsinlər. Son məlumatlara əsasən, Azərbaycan və ABŞ arasında birbaşa hava reyslərinin açilması da planlaşdırılır. Digər bir misal kimi biz “Vladivostok Avia” ASC-nin Krasnoyarskdan Bakıya aviareyslər həyata keçirməsini göstərə bilərik. Belə ki, artıq 5 aprel 2010-cu ildən bu reyslər hər həftə həyata keçiriləcək. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan iqtisadiyyatı turizm imkanları və eləcə də öz maddi-mənəvi mədəniyyəti ilə bir çox dövlətlərin və cəmiyyətlərin diqqət mərkəzindədir. 
 
Əlimərdan
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az