Abunə:
Email:
BAŞ SƏHİFƏ | DÜNYA | Putini tənqid etdin, çıx get!

Putini tənqid etdin, çıx get!

Şrift ölçüsü: Decrease font Enlarge font

Sergey Mironov spiker postundan geri çağırılmasının mümkün olmadığını bəyan edib

Vladimir Putini tənqid etmiş spikerin istefasına çağırış. Baş nazir Vladimir Putinin iqtisadi siyasətini tənqid edən Rusiya parlamenti aşağı palatasının başçısı Serqey Mironovun istefasına çağırışlar güclənir. Tanınmış televiziya aparıcısı Vladimir Poznerlə müsahibəsində Serqey Mironov iqtisadiyyatda aparılan islahatlarla razı olmadığını bildirib. Xarici və bəzi daxili siyasət məsələləri ilə bağlı biz, bizim partiyamız, ( “Ədalətli Rusiya” ) Putinin təşəbbüsləri ilə razıdır, lakin parlamentə təqdim edilən büdcəyə qarşı olduğumuz üçün, onun əleyhinə səs vedik”, - deyib kanalın teleefirində Serqey Mironov.

Bu bəyanatın ardınca hakim Vahid Rusiya partiyasının internet səhifəsində spikerin istefasına səsləyən çağırış yerləşdirilirdi. Çağırışda deyilir ki, parlament  sədrinin vəzifədə qalması onun namizədliyini irəli “Vahid Rusiya” partiyasının dəstəyinə söykənir və bu dəstəyin aradan qalxması ilə istefa proseduru işə salına bilər. İndiyədək Sank-Peterburq əsilli Mironovun baş nazirə yaxın olduğu zənn edilib. Qeyd olunur ki,  Mironovun sədri olduğu Ədalətli Rusiya Partiyası hakim Vahid Rusiyaya müxalifətdə olduğunu desə də, prinsipial məsələlərdə hakimiyyət təşəbbüslərini dəstəkləyir(BBC).

  Mironov bəyan edib ki, mövcud qanunvericilik baş nazir Vladimir Putinlə fikir ayrılığına görə spiker postundan uzaqlaşdırılmasına imkan vermir. Federasiya Şurasının spikeri bildirib ki, Putinin partiyası istənilən bəyanatı verməkdə sərbəstdir: “Mən əvvəllər də Putinin fikirləri ilə razı olmadığımı dəfələrlə bəyan etmişəm. Anlaya bilmirəm, Vahid Rusiyanı bu dəfə belə qıcıqlandıran nə olub? İndiyə kimi onlar bu çıxışlarıma reaksiya vermirdilər”.  Mironov hökumətin antiböhran tədbirlərini və büdcə layihəsini təqdir etmədiyini bildirib: “Buna görə də bizim və şəxsən mənim Putini dəstəkləməyim haqqında xəbər köhnəlmiş informasiyadır”.

Xatırladaq ki, baş nazir Putin həm də Vahid Rusiya Partiyasının lideridir. Partiyanın rəhbərlərindən Andrey Vorobyov spikerin mövqeyini belə şərh edib: “Mironov verdiyi müsahibədə baş nazir Putinin büdcənin qəbulu ilə bağlı sosial təşəbbüsləri ilə razılaşmadığını açıq şəkildə bəyan edib. Bu fikirlər ölkə üçün, cəmiyyət üçün çox böyük işlər görmüş Vladimir Putinə qarşı hörmətsizlikdir. Nə Putin, nə də Medvedev Mironovun verdiyi qiymətə layiq insanlar deyil. Sergey Mironov Federasiya Şurasında Sankt-Peterburq qanunverici orqanını təmsil edir.”. Partiyanın rəhbərlərindən Andrey İsayev də Mironovun geri çağırılması ideyasını dəstəkləyib: “Mironovun Vladimir Putini dəstəkləməməsi onun mənəvi baxımdan iflasa uğraması deməkdir”.

SABUTAY
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az