Abunə:
Email:
BAŞ SƏHİFƏ | DÜNYA | Karla Bruninin ölkəsindən daha bir addım

Karla Bruninin ölkəsindən daha bir addım

Şrift ölçüsü: Decrease font Enlarge font

Fransa - arvadına çadra geyindirən şəxsə vətəndaşlıq verilməyib

Fransanın İmmiqrasiya naziri Erik Besson deyib ki, həyat yoldaşını çadraya bürünməyə məcbur edən şəxsin vətəndaşlıq iddiası rədd edilib. Immiqrasiya nazirinə görə vətəndaşlıqla bağlı müsahibədə məlum olub ki, Fransa pasportu iddiasında olan şəxs nə dünyəvilik, nə də ki qadınla kişinin bərabərliyini nəzərdə tutan Fransa dəyərlərinə şərik çıxmır.
Fransa mətbuatı kişinin mərakeşli, onun arvadının isə Fransa vətəndaşlığına malik olduğunu yazır. Nazir deyib ki, mərakeşlini sorğu-sual edəndə məlum olub ki, o, həyat yoldaşını niqab geyməyə məcbur edir. Qadını üzüaçıq sərbəst hərəkətdən məhrum edib, özü isə qadın-kişi bərabərliyi anlayışını qəbul etmir. Mərakeşliyə vətəndaşlıq verilməsindən imtina olunması haqqında sənədin surəti “Le Fiqaro” qəzetində dərc olunub. Sənəddə deyilir ki, kişinin həyat yoldaşı ilə belə münasibəti Fransa dəyərləri ilə bir araya sığmır. Bu kişi bütün üsullarla qadınlara qarşı ayrı-seçkilik edir, onlarla əllə görüşməyi qəbul etmir. Evdə isə bacılarla qardaşların ayrı qalmasının tərəfdarıdır.

Nazir deyib ki, bu cür həyat tərzi bəlkə də dini inanclarla əsaslandırıla bilər. Ancaq bu, respublika dəyərlərinə, xüsusilə də qadın-kişi bərabərliyi prinsipinə ziddir.

Fransada niqabı əsas gətirməklə vətəndaşlıq müraciətini rədd etmək birinci dəfə deyil. 2008-ci ildə mərakeşli qadın Faizə Simmiyə də niqaba görə Fransa vətəndaşlığı verilməmişdi.

Ötən həftə Fransanın parlament komitəsi niqabı pisləyən, xəstəxanalar, poçt məntəqələri, nəqliyyat kimi ictimai yerlərdə, bu geyimi qadağanı tövsiyə edib. Ötən ay ədliyyə naziri Mişel Aliot-Mari bildirib ki, həyat yoldaşlarını niqab geyməyə məcbur edən müsəlmanlara vətəndaşlıq verilməyəcək.

Ötən il niqabla bağlı müzakirələr başlananda isə, o demişdi ki, niqab tərəfdarlarının Fransa cəmiyyətinə daxil olması arzuolunan deyil. Nazir söyləyib ki, niqab geyinənlərə və onların ərlərinə Fransada yaşamaq icazəsi verməkdən sistematik şəkildə imtina etmək ən yaxşı yoldur.

Hazırda tam islam örtüyünün yasaqlanmasını nəzərdə tutan qanunvericiliyin hüquqi zəmini üzərində iş aparılır. Prezident Sarkozy Fransada çadranın qəbul olunmazlığını bəyan edib.
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az