Abunə:
Email:
BAŞ SƏHİFƏ | DÜNYA | Orhan Pamuk aşiq olub?

Orhan Pamuk aşiq olub?

Şrift ölçüsü: Decrease font Enlarge font
Nobel mükafatı almış türk yazıçısı Orhan Pamuk Nobel mükafatı almış türk yazıçısı Orhan Pamuk

Nobel mükafatı almış türk yazıçısı Orhan Pamuk öz kitabının təbliği üçün axır 1 ildə 2-ci dəfə Hindistana gəlib.

Amma bunu onun hind yazıçısı Kiran Desai ilə eşq macərası yaşaması ilə bağlayanlar da var (azadliq.org.az).

Hind mətbuatı yazır ki, Pamuk ötən həftənin sonu Bombeydə oxucuları ilə görüşü zamanı etiraf edib ki, “Bu sirr deyil ki, Kiran mənim qız arkadaşımdır (hind mətbuatı “girl friend” yazır - red.). Gəlin bu mövzuya nöqtə qoyaq və müzakirəmizə başlayaq”. Pamuk Desai ilə münasibətləri haqda əlavə sualları önləmək üçün onu da bildirib ki, “O, çox ağıllı və gözəl insandır və görkəmli yazıçıdır. Hindistan onunla fəxr etməlidir”.Pamukdan 19 yaş kiçik olan 38 yaşlı Kiran Desai türk yazıçısının Hindistanın Qoa ştatında yeni roman yazmasına kömək edəcək. Keçən ilin axırı çap olunan “Məsumiyyət muzeyi” romanı ilə bağlı sualları cavablandıran Pamuk əsərinə “türk eşq romanı” deyilməsini “nifrətlə qarşıladığını” bildirib:

“Marsel Prust sevgidən yazanda hamı bunu bəşəri bir məhəbbət kimi qəbul edir, amma mən eşqdən yazanda onlar bunu “türk məhəbbəti” adlandırırlar”. Pamukun son romanı olan “Məsumiyyət muzeyi” əhalisi 1 milyard nəfər olan Hindistanda bestsellerdir. Xatırladaq ki, ilk nikahından Pamukun Röya adlı bir qızı var.
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az