Abunə:
Email:
BAŞ SƏHİFƏ | DÜNYA | “Göylər” “narıncıları” cəzalandırdı

“Göylər” “narıncıları” cəzalandırdı

Şrift ölçüsü: Decrease font Enlarge font
Ukraynada prezident seçkilərinin ikinci və sonuncu mərhələsi keçirilib. Ukraynada prezident seçkilərinin ikinci və sonuncu mərhələsi keçirilib.

Ukraynada prezident seçkilərinin qalibi Viktor Yanukoviç oldu

Ölkə əhalisi seçkilərdə prezidentliyə namizədlər - hazırkı baş nazir Yuliya Timoşenko və müxalifət lideri, göyə rəngi özünə simvol seçən  Viktor Yanukoviç arasında seçim ediblər.  Son məlumatlara əsasən, Yanukoviç rəqibindən 2.5%-dən aşağı səslə irəlidədir. Onun rəqibi olan Timoşenko məğlubiyyəti qəbul etməkdən imtina edir və o, komandasına müraciət edərək hər bir səs uğrunda mübarizə aparmağa çağırıb.  Timoşenko keçirdiyi brifinqdə ona səs verən seçicilərə təşəkkür edib: “Əminəm ki, bu insanlar çoxluqdadır”. Baş nazirin fikrincə, hər şey onun komandasının yerlərdə nəticələri necə müdafiə edəcəyindən asılı olacaq: “Bir dəqiqə belə arxayınlaşmaq olmaz. Bir səs Ukraynanın taleyini həll edə bilər”.

Yanukoviçsə  artıq tərəfdarlarını təbrik edərək deyib ki, ölkənin ehtiyac duyduğu dəyişikliyi həyata keçirəcək. Yanukoviç “5-ci kanal”da yayımlanan müraciətində ikinci turda ona səs verən bütün seçicilərə təşəkkür edib: “Biz bu günün gəlib çatması üçün sizinlə bərabər inadla çalışdıq. Mən bizim ümumi işimizə - dəyişikliklər uğrunda mübarizəyə verdiyiniz dəstəyə görə sizə minnətdaram. Bu gün dünya sizin azad və ədalətli seçkilər vasitəsilə ifadə olunan səsinizi eşitdi. Mən sizin etimadınızı doğruldacağam”. Yanukoviç seçkilərdə Yuliya Timoşenkonu və digər namizədləri dəstəkləmiş və məyus olmuş seçicilərə vəd edib ki, onların da etimadını qazanmağa çalışacaq: “Hesab edirəm ki, Ukraynada istənilən prezidentin vəzifəsi ölkənin şərqinin, qərbinin, şimalının və cənubunun birləşdirilməsi, vətəndaşlarımızın vahid xalq kimi bir araya gətirilməsidir. Bu məqsədə nail olunması mənim başlıca vəzifəmdir”.

Yanukoviç “İnter” telekanalına müsahibəsində isə   Timoşenkoya baş nazir vəzifəsində istefa verməyə hazırlaşmağı tövsiyə edib: “Bu seçkilərdə Yuliya Timoşenko göstərdi ki, güclü namizəd və opponent olub. Onun məğlubiyyətini ləyaqətlə qəbul etməsi, bu yolu sona qədər getməsi vacibdir. Vaxtilə mən bunu etmişdim və o, baş nazir olmuşdu”.

Yanukoviç parlamentdə yeni koalisiya yaratmağa çalışacağını açıqlayıb: “Hesab edirəm ki, Yuliya Vladimirovna istefaya hazırlaşmalıdır. O, bunu yaxşı anlayır”.

Bu arada yarıçılpaq dörd qız Kiyevin seçki məntəqəsində “Ölkəni zorlamağı dayandırın!” şüarı səsləndiriblər. Aksiyaçılar bununla ölkədə baş verənlərə öz etirazlarını bildirmək istəyiblər. Ancaq qızlar prezidentliyə namizədlərdən heç birini dəstəkləməyiblər.

Aksiyaçılar bu məntəqədə etiraz təşkil etmələrini prezidentliyə namizəd Yanukoviçin məhz burada səs verəcəyi ilə və məntəqədə çoxlu sayda KİV təmsilçilərinin olması ilə əsaslandırıblar. 

Xatırladaq ki, 2004-cü ildə Viktor Yanukoviçin prezident seçkilərində mübahisəli qələbəsi küçə nümayişlərinə səbəb olmuşdu. O zaman “Narıncı inqilab “ Yanukoviçin uduzması ilə nəticələnən təkrar seçkilərə gətirdi. Beş il bundan öncə narıncı inqilaba liderlik edən hazırkı ölkə prezidenti Viktor Yuşenko isə hələ birinci mərhələdə bu yarışı rəqiblərinə uduzaraq, seçkiləri tərk etməli olub. Seçki komissiyasının məlumatına görə, səsvermə hələ ki, öz qaydasında gedir. Səsvermə məntəqələri vaxtında işə başlayıb və prezidentliyə hər iki namizəd Y.Timoşenko və V. Yanukoviç artıq səsvermədə öz səslərini veriblər.

Lakin buna baxmayaraq, əhali arasında, aralarındakı mübarizənin gərginləşməsinə görə son ilərdə hökuməti iflic vəziyyətinə salan siyasi elita barəsində narazılıqlar artmaqdadır. Bu prezident seçkiləri həddindən artıq mümkündür. Belə ki, bu seçkilər indiki qərb-yönümlü kursla davam edəcəyi və ya geriyə, Ruisyanın təsir dairəsinə qayıdacağı barədə ölkənin müqəddəratını müəyyən etməlidir.

RUHULLA
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az